Bakıda məktəblilər üçün avtobuslar ayrılacaq - DANIŞIQLAR BAŞLAYIB

Yeniliklər 27 Yanvar 2020 13:00 Oxunub 1303
Bakıda məktəblilər üçün avtobuslar ayrılacaq - DANIŞIQLAR BAŞLAYIB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, çox faydalı başlanğıc ola bilər

"Valideynlərlə keçirilən görüşlərdə əsas məsələ avtobusların təşkil edilməsi ilə bağlı olub. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq etməyə başlamışıq". Bunu Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında deyib. Onun sözlərinə görə, BNA və Təhsil Nazirliyinin birgə işçi qrupu bununla əlaqədar iş aparır: "Bu işlər növbəti aylarda da davam etdiriləcək. Birgə səylərimiz sayəsində yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq. Birinci mərhələdə bu, bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər".

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh