Bakıda “Hyundai” qaçıran şəxs Göyçayda saxlanılıb

Gündəm 27 Yanvar 2020 14:15 Oxunub 814
Bakıda “Hyundai” qaçıran şəxs Göyçayda saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakıda avtomobil qaçırılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini N.Teymurlu yanvarın 25-də “Hyundai” markalı avtomobilinin Moskva prospektindən qaçırıldığını bildirib. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay şəhər sakini H.İsmayılov avtomobillə birgə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb.

Araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh