Bakı polisi: “İlkin Rüstəmzadənin şikayəti üzrə araşdırma aparılır" - VİDEO

Gündəm 27 Yanvar 2020 18:30 Oxunub 1075
Bakı polisi: “İlkin Rüstəmzadənin şikayəti üzrə araşdırma aparılır" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün izahatı alınıb, ərazi üzrə “Təhlükəsiz şəhər” kameralarının görüntülərinə baxılıb

“İlkin Rüstəmzadənin məlum avtomobil tərəfindən vurulma təhlükəsilə bağlı iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb”. Bu barədə Avtosfer.az-a Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Rəis qeyd edib ki, araşdırmalar nəticəsində həmin avtomobil müəyyən olunaraq, sürücünün izahatı alınıb, ərazi üzrə “Təhlükəsiz şəhər” kameralarının görüntülərinə baxılıb.

E.Hacıyev əlavə edib ki, iddiallar təsdiqini tapmayıb:

“Vətəndaşın müraciəti üzrə araşdırmalar davam etdirilir”.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh