Yol nişanı ilə bağlı təqdim etdiyimiz sualın doğru cavabı

Yarışma 28 Yanvar 2020 14:00 Oxunub 2798
Yol nişanı ilə bağlı təqdim etdiyimiz sualın  doğru cavabı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
B trayektoriyası ilə geriyə dönməyə icazə verilir

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Sual belədir: Yolun sağ tərəfinə qoyulmuş düzünə məcburi hərəkət istiqaməti nişanını görən sürücü göstərilən trayektoriyaların hansı ilə hərəkət edə bilər? 

1) A trayektoriyası ilə

2) B trayektoriyası ilə

3) Hər iki trayektoriya ilə

4) Heç biri ilə

Sualın doğru cavabı belədir: Sürücü B trayektoiyası ilə geriyə dönə bilər. Yol Hərəkəti Haqqında Qanunun 65-ci maddəsinin IV hissəsində qeyd olunub ki, 4.1.1-dən  4.1.6-dək olan nişanların qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə kimi şamil edilir. Yəni yolayrıcının kəsişmə yerində digər məcburi hərəkət istiqaməti nişanı yoxdursa sürücü həmin kəsişmədən sonra icazə verilən istiqamətlərə manevr edə bilər. Bu fotodakı kəsişmə yerində təkrar məcburi hərəkət istiqaməti nişanı olmadığı üçün sürücü kəsişmə yerindən sonra yəni, B trayektoriyası ilə geriyə dönə bilər.

Sualın ilk düzgün və izahlı cavabını verən Hüseynov Gülbala adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh