Polis maşınının qarşısını kəsib bir polisi bıçaqlayan şəxs saxlanılıb - VİDEO

Türkiyənin İstanbul şəhərində polisə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident yanvarın 24-də Pendik rayonunda baş versə də, hadisənin görüntüləri bu gün yayımlanıb. Məlumata görə, 29 yaşlı Mustafa D., özünü hərəkətdə olan polislərin olduğu xidməti avtomobilin qarşısına atıb. Bundan sonra polis əməkdaşları maşından enərək onun yanına yaxınlaşmaq istəyiblər, lakin Mustafa onlara bıçaqla hücum edib. Bir asayiş keşikçisini yaralayan cinayətkar, digər polis əməkdaşları tərəfindən yerə uzadılaraq qandallanıb və ardınca da xidməti maşına mindirilərək polis bölməsinə aparılıb. Yaralı polis, hadisə yerinə çağırılan ambulansla xəstəxanaya çatdırılıb. Müalicə üçün palataya yerləşdirilən polisin həyatı təhlükəsinin olmadığı bildirilib.
Yaxalanan şəxs isə narkotik vasitə istifadə etməkdə və qumar oyunu təşkil etmək cinayətlərindən həbsxanada olduğu, ancaq oradan “sınaq müddəti” çərçivəsində azadlığa buraxıldığı məlum olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalara aparılır.
Namiq Musayev
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb
Sərxoş halda velosiped sürənlər cərimə olunacaq? - VACİB AÇIQLAMA
İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub, söhbət edib - FOTO - VİDEO
"Tarixin bir günü", "Elgizlə izlə" və digər verilişlərlə bağlı şikayətlərə - RƏSMİ CAVAB
Ermənistanın dəmir yolları Azərbaycana verilə bilər? - AÇIQLAMA
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Elmlər Akademiyasında maraqsız iclas - Alimlər yatdı - FOTOLAR
“Bolt” Azərbaycanda vəzifəli şəxslər işdən azad edilib – Şirkətdən AÇIQLAMA - VİDEO
AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA
Elgizlə Tolikin verilişi bağlandı








