Türkiyədə yolun buzlu və sürüşkən olması qəzaya səbəb oldu: 46 sərnişin yaralanıb - FOTO

Türkiyənin Ərzincan vilayətində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 31-də yerli saatla 11.00 radələrində Ərzincan-Ərzrum avtomagistralının Avcılar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücünün idarə etdiyi 34 EZ 6599 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, yolun qarlı, buzlu və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtobusda olan 46 sərnişin xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla ərazidə yerləş xəstəxanalara çatdırılıblar.
Bildirilir ki, “Patnos İtimat” şirkətinə məxsus avtobus İzmir-Ağrıya reysi həyata keçirib.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Lənkəranda avtobusla mikroavtobus TOQQUŞDU - VİDEO
“Toyota” “Volkswagen”i, o da “Skoda”nı vurdu – 8 yaralı var – ANBAAN VİDEO
Göyçayda qəza: “Toyota” və “VAZ” toqquşdu - VİDEO
Oğuzda ağır QƏZA: Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Yol qəzaları azalır, bəs piyadalar niyə hələ də risk altındadırlar? - Statistika
Orta yaşlı qadın sürücü 70 yaşlı qadını vurub yerə çırpdı - VİDEO
Kürdəxanıda “Renault” və “Khazar” toqquşaraq yararsız hala düşdü - VİDEO
Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu - FOTO
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO









