ABT Sportsline dörd RS modelinin gücünü artırmağı təklif edir - FOTO

ABT Sportsline atelyesi Audi RS 4 Avant, RS 6 Avant, RS 7 Sportback modellərinin son versiyaları və yeni RS Q8 krossoveri üçün hazırladığı tüninq proqramını təqdim edib. Şirkət avtomobillərin gücünü 700 at qüvvəsinə qədər artırmağı və firma kataloqundakı təkər diskləri və digər komponentlərin köməyi ilə onların görünüşünü dəyişdirməyi təklif edir. Audi RS 4 Avant modeli bu avtomobillərin arasında iki turbokompressorlu 2.9 litrlik V6 mühərriki ilə təchiz olunan yeganə avtomobildir. Standart olaraq bu mühərrik 450 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir və Audi RS 4 modelinin 100 km/saat həddinə 4.1 saniyəyə sürətlənməsinə kömək edir. Tüner ABT Engine Control (AEC) idarəetmə qurğusunu quraşdırmaqla mühərrikin gücünü 510 at qüvvəsinə, fırlanma anını isə 660 Nm-ə qədər artırmağı təklif edir. 600 at gücü və 800 Nm fırlanma anı istehsal edən 4.0-litrlik səkkizsilindrli biturbomühərrik ilə təchiz olunmuş RS 6 Avant, RS 7 Sportback və RS Q8 modelləri üçün də, tərkibinə eyni AEC qurğusu daxil olan ABT Power Performance Upgrade proqramı təklif olunur. AEC modulunun quraşdırılması sayəsində mühərrikin gücü 700 at qüvvəsinə, fırlanma anı isə 880 Nm-ə qədər artır. ABT Sportsline bu avtomobillərin sürət xarakteristikaları barədə məlumat vermir.
Xatırladaq ki, adi RS 6 Avant və RS 7 Sportback bu işə 3,6 saniyə, RS Q8 isə 3,8 saniyə sərfv edir.
İstinad edildi: autograph




Efiopiya elektromobilləşmədə necə lider oldu?
Rusiya polisi “Li” avtomobillərini qeydiyyata almır – SƏBƏB
“Toyota” elektromobillərin evdə doldurulmasını təşviq edir
“Niva”nın istehsalının dayandırılacağı tarix məlum oldu
Belarus 2030-dan 92 oktanlı benzinin istehsalını dayandıra bilər
Maşınınız hər an alışa bilər: Sürücülərin etdiyi üç böyük səhv - VİDEO
Çin maşınlarını alanlar niyə dərhal satır? — AÇIQLAMA
Avtosalonlarda DYP-nin və kaskosığortanın adından böyük soyğunçuluq gedir ... - ARAŞDIRMA
Sürücülər ən çox bu elektromobillərdən razıdır - FOTO
Almaqdan çəkinməli olduğunuz 6 yolsuzluq avtomobili
Müasir avtomobillərin təmiri baha başa gəlir – SƏBƏB










