Lotus şirkəti Evora GT410 modelinin yeni versiyasını təqdim edib - FOTO

Avtoxəbər 1 Fevral 2020 10:50 Oxunub 1598
Lotus şirkəti Evora GT410 modelinin yeni versiyasını təqdim edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Arxa hissədə, görünüşü yaxşılaşdırmağa xidmət edən şüşəli bölmə peyda olub

Lotus şirkəti Evora GT410 sportkarının yeni versiyasını nümayiş etdirib. Bu dəfə sportkarın adından Sport indeksi götürülübdür. Avtosfer.az xəbər verir ki, marka rəhbərliyi yeni modifikasiyanın gündəlik istifadə üçün nəzərdə tutulduğunu bildirib. Üstəlik bu avtomobil, idman versiyasından üç min funt daha ucuz olacaqdır.
Evora GT410 modeli Sport indeksli versiyaya nisbətən daha komfortlu olub. Avtomobil Sparco idman oturacaqları, klimat-kontrol, həmçinin parklanma və ya aşağı sürətlərdə manervlər zamanı təhlükəsizliyi artıran arxa kamera ilə təchiz edilib.
Bundan başqa, mühəndislər səs izolyasiyasını yaxşılaşdırıblar. Evora GT410 standart təchizatına quraşdırılmış naviqasiyası olan və Apple CarPlay tətbiqini dəstəkləyən premium multimedia sistemi daxil edilib. Bununla yanaşı, qapı panelləri yenidən işlənmiş, əlavə ciblər və quraşdırılmış dirsəkaltılar ilə təchiz edilmişdirlər. Arxa hissədə, görünüşü yaxşılaşdırmağa xidmət edən şüşəli bölmə peyda olub.
Texniki cəhətdən dəyişiklik yoxdur - sportkar 410 at qüvvəsi hasil edən 3,5-litrlik turbomühərrik ilə hərəkətə gəlir. Evora GT410 modeli Böyük Britaniyada 82,9 min funt sterlinqdən başlayan qiymətlər ilə təklif edilir.

İstinad edildi: autograph




ŞƏRH YAZ
Ad

E-mail

Şərh