Bakıda təcili tibbi yardım maşınının sürücüsü zibil qutularını eşələdi, araşdırma başladı - RƏSMİ - VİDEO

Gündəm 1 Fevral 2020 13:15 Oxunub 1666
Bakıda təcili tibbi yardım maşınının sürücüsü zibil qutularını eşələdi, araşdırma başladı - RƏSMİ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirib

Dünən Bakıda təcili yardım maşınının sürücüsünün zibil qutularını eşələməsi və oradan özünə lazım olanları seçməsi ilə bağlı məlumat yayılıb. 

Avtosfer.az-ın məlumatına görə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ barədə araşdırma aparılır:

 

“Görüntülərdə təcili tibbi yardım avtomobilinin nömrəsi qeyd edilməyib. Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır”.

Qeyd edək ki, ötən gün Baku TV-də Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün zibil qutusunu eşələməsi ilə bağlı görüntülər yayılıb. 

Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq yaxınlıqdakı zibil qutularını eşələyib. O, özünə lazım olan nələrisə zibilin içərisindən seçib götürüb.

Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh