Vilayət Eyvazov vətəndaşları qəbul edəcək

Yol polisi 2 Fevral 2020 00:15 Oxunub 2298
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2020-ci il fevral ayının 29-da Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarının sakinlərinin Şirvan şəhər Polis Şöbəsində qəbulunun keçirilməsi nəzərdə tutulub.  Avtosfer.az xəbər verir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh