Qadını kapotun üzərinə oturdub yola çıxan sürücü cərimələndi; 291 manat - FOTO

Şimali Kipr Türk Respublikasında qadını avtomobilin ön kapot hissəsinə oturdaraq yola çıxan sürücü cərimələnib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün paytaxt Levkoşada baş verib. Məlumata görə, RM 702 qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü, yağışlı havada yan kresloda əyləşən qadını maşının ön kapotuna oturdaraq yolda hərəkət etməyə başlayıb.
Qadın, musiqinin səsini qaldıran sürücünü alqışlayaraq mahnını müşayiət edib.
Hadisənin fotosu sosial şəbəkədə yayımlandıqdan sonra polis hərəkətə keçib. Təhlükəsizlik kameralarına baxış keçirən polis, avtomobilin qeydiyyat nişanını müəyyən edərək sürücünü bölməyə çağırıb.
Hüquq mühafizəçiləri, RM 702 qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünə 194 manat və 25 bal, kapota oturan qadına isə 97 manat cərimə protokolu yazıb.
Namiq Musayev

Süni intellekt işıqforları əvəz edəcəkmi? - DYP-dən AÇIQLAMA
Salyanda “VAZ”la avtoxuliqanlıq edən sürücü vəsiqəsiz qaldı - 15 günlük həbs - FOTO
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq - DYP XƏBƏRDARLIQ ETDİ
DYP ara məsafəsinə görə baş verən qəzaların görüntülərini yaydı - VİDEO
Yol polisi Sabunçuda şagirdlərə qadagan olunan qaydaları açıqladı - FOTOLAR
DYP-dən qayda pozan avtobus sürücülərinə XƏBƏRDARLIQ
DYP-dən hava limanı yolu ilə bağlı sürücülərə MÜRACİƏT
Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Vilayət Eyvazov sıra baxışında 175 nəfəri seçdi; 14-ü Vətən müharibəsi iştirakçısıdır - FOTO - VİDEO
General-mayor Ramiz Zeynalovun yubileyidir - 75 yaşı tamam oldu
Polis valideynlərə çağırış etdi - VİDEO











