Boş yanacaq çəninin yanan işığı ilə nə qədər getmək olar? - QAYDALAR

Maraqlı 4 Fevral 2020 10:22 Oxunub 4242
Boş yanacaq çəninin yanan işığı ilə nə qədər getmək olar? - QAYDALAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat vasitənizin texniki xüsusiyyətlərinə baxmalısınız

Bam! Alətlər panelində yanacaq çəninin boş olması barədə xəbərdarlıq işığı yanır və susuzluqdan əziyyət çəkən avtomobilinizə yanacaq zülalı tələb olunur. "Yemək vaxtı" deyərək sizi ən yaxın yanacaqdoldurma məntəqəsini axtarmağa məcbur edir. Ancaq,nə olardı, qalan yanacaqla hansı məsafəni gedə biləcəyinizi dəqiq bilsəydiniz? Səfərinizi heç bir təlaş olmadan tamamlaya, bütün işlərinizlə məşğul ola biləcəksiniz və yalnız bundan sonra, yolda yanacaq doldurma məntəqələrini axtaracaqsınız.

Avtomobilinizdə qalan ehtiyat yanacağın fərdi hesablanması

Kobud bir hesablama aparmaq çox da çətin deyil, lakin bir qədər dəqiqliyə ehtiyac duyuruq, buna görə məktəbdəki riyaziyyat kursunu xatırlamağa hazır olun. Birincisi, nəqliyyat vasitənizin texniki xüsusiyyətlərinə baxmalısınız. Onları adətən təlimat kitabçasında tapa bilərsiniz. Bir qayda olaraq, yanacaq çəninin ölçülərinin yanında ehtiyat yanacaq barədə məlumatlar göstərilir. Əksər avtomobillərdə yanacaq səviyyəsi ehtiyat yanacaq səviyyəsinə çatdıqda boş çən xəbərdarlıq işığı yanır. Qeyd etmək lazımdır ki, yanacaq çəninin həcmindən asılı olaraq standartlar yoxdur, lakin bir qayda olaraq ehtiyat həcmi yanacaq çəninin ümumi həcminin 10-15 faizini təşkil edir. Bu məlumatdan və avtomobilinizin yanacaq sərfi ilə bağlı məlumatlardan istifadə edərək, "boş çən" ilə sürə biləcəyiniz məsafəni hesablaya bilərsiniz.

Ancaq diqqətli və ehtiyatlı olun! Avtomobil davamlı olaraq ehtiyat yanacağı ilə işləyəcəksə, bu nəqliyyat vasitəsinin yanacaq sorucusu(nasos) ilə bağlı problemlərə səbəb ola bilər. "Yarım boş" çən ilə işləsə, yana bilər. Əgər, hibrid avtomobilin sahibi olsanız, məsələn, 2013 Fusion Hybrid, onda yarım boş çən ilə səyahət etmək qəti qadağandır, çünki buna görə qidalandırıcı batareya sıradan çıxa bilər.

Dostun köməyi

Öz hesablamalarınıza etibar etmirsinizsə, yanacaq çəni işığının yanması halında nə qədər gedə biləcəyiniz barədə məlumat bazaları olan internet resurslarından istifadə edə bilərsiniz. Əsasən, bu cür saytlar aşağıdakı kimi işləyir: sürücülər öz avtomobilləri haqqında məlumatları daxil edir və sonra çənin boş olduğunu xəbər edən işıqla nə qədər səyahət edə bildikləri məsafəni. Sonra sayt məsafələri orta hesablayır və ehtiyat yanacağı ilə nə qədər getmək barədə ümumi bir fikir əldə edirsiniz. Məsələn, 325 iştirakçının verdiyi məlumatlara görə, Honda Accord-la ehtiyat yanacağı ilə gedilə bilən orta məsafə 75 km-dir. Toyota Camry bir az pis öhdəsindən gəlir və nəticədə 70 km göstərir, Nissan Altima isə 64 km nəticə göstərir. Ola bilsin bu çox faydalı məlumatdır. Ancaq bir çoxları etiraz edəcəklər, müəyyən bir modelin buraxılış ili haqqında nə demək olar? Yanacaq çəninin ölçüləri modelin müasirləşdirilməsi ilə dəyişdiyindən, onlar haqlı olacaqlar. Bundan başqa, yanacaq sistemlərinin konstruksiyası dəyişir, məsələn, müasir plastik yanacaq çənləri yanacaq sızmasını minimuma endirir, bu da avtomobil ilə yanacaq doldurma məntəqəsinə qədər daha bir neçə kilometrə çatmaq şansını artırır. Əlbəttə ki, nəqliyyat vasitəsi nə qədər köhnə olsa, "boş çən" işığı ilə əlavə kilometrə qədər uzanma ehtimalı azdır. Ayrıca süzgəcləri(filtr) və yanacaq çəni qurğusunu(sensor) da diqqətdə saxlamalısınız.

Bu məlumatlarla silahlanaraq bir çoxunuz lazımsız narahatlıqdan və həyəcandan qurtula biləcəksiniz. İndi boş çən barədə işə düşmüş lampa xəbərdarlığı sizi təəccübləndirməyəcək və yanacaqdoldurma məntəqəsinə getməzdən əvvəl bütün işinizi başa çatdırmaq üçün vaxtınız olacaq.

 

Natiq Nazimoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh