Türkiyədə sərnişin avtobusu aşdı: 1 ölü, 20 yaralı - FOTO

Qəzalar 5 Fevral 2020 12:08 Oxunub 1385
Türkiyədə sərnişin avtobusu aşdı: 1 ölü, 20 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis faktla bağlı araşdırmalara başlayıb

Türkiyənin Ərzurum vilayətində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident bu gün səhər saatlarında Ərzurum-Pazinler avtomagistralının Hamamdərəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Xorasan rayonundan Ərzuruma sərnişin daşıyan R.T.-nin idarə etdiyi  25 BB 153 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, yolun buzlu və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə 1 nəfər ölüb, daha 20-si isə xəsarət alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh