Sərxoş halda maşın sürən məşhur aktyor həbs edilib - FOTO

Türkiyənin məşhur aktyoru Gökçə Özyol həbs edilib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, tanınmış aktyor İstanbulun Kadıköy rayonunda sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Bununla bağlı o, məhkəməyə çıxarılıb. Hakim, Gökçə Özyola verdiyi 25 gün həbs cəzasını 500 lirəyə çevirib. Ancaq, daha əvvəl keçmiş həyat yoldaşını döydüyünü öyrənən hakim, ona yenidən həbs cəzası verib.
Bildirilir ki, Gökçə Özyol 2013-cü ildə keçmiş həyat yoldaşı Gökçə Aytac Özyol'u döydükdən sonra məhkəməlik olublar. Aktyora o vaxt 1 il 7 ay həbs cəzası verilmişdi. Lakin, ilk cinayət işi olduğundan cəza 5 il yoxlama müddəti altında tutulma ilə əvəzlənmişdi.
Buna görə də, hakim ertələnmiş cəzanı da hesaba alaraq Özyola 1 il 7 ay həbs cəzası kəsib.
Namiq Musayev

Piyada keçidinin üstündə saxlayan sürücü məktəbliləri təhlükəyə atır - 90-NT-006 - FOTO
Qucağında azyaşlı ilə sükan arxasında oturan sürücü qaydaları heçə saydı - VİDEO
Yolayrıcına qəfil girən “KamAZ” qəzadan son anda yaxa qurtardı - VİDEO
Masazırda riskli manevrlər edən sürücü yolu bir-birinə qatdı - VİDEO
Birbaşa ən sol zolağa keçən avtobus sürücüsü az qala qəza törədəcəkdi - VİDEO
Maşını ikinci cərgədə saxlayıb yoxa çıxan sürücü 1 saatdan çox yolu bağladı - VİDEO
Sumqayıtda avtobus sürücüsündən özbaşınalıq: Əks yola çıxıb qırmızıda keçdi - VİDEO
Hərəkət qadağan edilsə də bu sürücü dayanmadı - 99-RM-006 - VİDEO
Binəqədidə qanunsuz parklanma - Yolun girişi bağlandı - VİDEO
"BakuBus"ın sürücüsü niyə avtobus zolağı ilə hərəkət etmir? - VİDEO
Keçiddən keçən piyadanı görə‑görə yoluna davam etdi - 99-QB-165 - VİDEO








