Reklam

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğradı: 3 ölü, 180 yaralı – FOTO + VİDEO

Gündəm 6 Fevral 2020 09:35 Oxunub 1218
Türkiyədə sərnişin təyyarəsi qəzaya uğradı: 3 ölü, 180 yaralı – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstanbul Baş Prokurorluğu qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyədə “Pegasus” aviaşirkətinə məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, daha 179 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident fevralın 5-də yerli saatla 18:30-da İstanbulun Sabiha Gökçən aeroportunda baş verib. Bu barədə DHA agentliyi məlumat verib.

Məlumata görə, İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsi Sabiha Gökçən hava limanına endikdən sonra dayana bilməyib və 50 metrə sürüşərək uçuş-eniş zolağından çıxıb. Ardınca da 30-40 metrə hündürlükdən torpaq əraziyə düşüb. Təyyarə burun və quyruğa yaxın hissələrdən üç yerə bölünüb, sonra da yanmağa başlayıb.

Göyərtədə 2-si körpə olmaqla 177 sərnişin və 6 ekipaj üzvü olub. Qəzadan sonra 21 sərnişin öz imkanları ilə bortu tərk edib. Digərləri isə xilasedicilərin köməkliyi ilə oradan təxliyə ediliblər.

Səhiyyə naziri Fahreddin Kocanın sözlərinə görə, nəticədə 3 nəfər dünyasını dəyişib, 180-i isə yaralanıb. Nazir onların həyatları üçün heç bir təhlükənin olmadığını bildirib.

Nəqliyyat naziri Cahit Turxan öz növbəsində isə, qəza baş verən zaman hava limanının nəzarət qülləsinin əməkdaşı ilə pilotlar arasındakı rabitə əlaqəsi olub. Səs yazısında təyyarənin sərt eniş etməsinə güclü küləyin səbəb olması da ehtimal olunur. Hazırda təyyarənin qara qutusunun əldə edilməsi istiqamətində işlər aparılır.

İstanbul Baş Prokurorluğu qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh