Avtosfer.az | Reklam
Bu qurumlar işlənmiş avtomobilləri ucuz qiymətə satışa çıxardı - Qiymət
Avtobazar 9 Fevral 2020 17:15 1228 dəfə oxunub
Bu qurumlar işlənmiş avtomobilləri ucuz qiymətə satışa çıxardı           - Qiymət
Hesablama Palatası 4, Baş Prokurorluq 7, Ədliyyə Nazirliyi isə 10 avtomobil təqdim edib

Üç böyük dövlət qurumu balansında olan istifadəsiz avtomobilləri hərraca çıxarır. Avtosfer.az xəbər verir ki, 3 mart tarixində keçiriləcək hərraca Hesablama Palatası 4, Baş Prokurorluq 7, Ədliyyə Nazirliyi isə 10 avtomobil təqdim edib.

Hesablama Palatasının hərraca çıxardığı avtomobillər "Nissan” markalıdır və qiymətləri 6300-9000 manat arasında dəyişir.

Baş Prokurorluq isə hərraca müxtəlif markalı avtomobillər təqdim edib. Prokurorluğun ən yüksək qiymətə hərraca çıxardığı avtomobil "Volksvagen Passat” avtomobilidir və qiyməti 9000 manatdır.

Budəfəki hərraca ən münasib qiymətə avtomobilləri Ədliyyə Nazirliyi təqdim edib. Nazirliyin auksiona təqdim etdiyi ən bahalı avtomobilin - "Nissan Sanni”nin qiyməti 6500 manatdır.

 

Gültən

ŞƏRH YAZ
Ad
E-mail
Şərh