Bill Qeyts 644 milyon dollara hidrogenlə işləyən yaxta aldı - FOTO + VİDEO

Texnologiya 10 Fevral 2020 20:30 Oxunub 2862
Bill Qeyts 644 milyon dollara hidrogenlə işləyən yaxta aldı - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sinot Aqua” əlavə yanacaq doldurmadan saatda 31 km/sürətlə 6500 km məsafəni qət edə bilir

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts, hidrogen yanacağı ilə işləyən “Sinot Aqua” yaxtasının alışı üçün 644 milyon dollar ödəyib. Avtosfer.az xəbər verir ki, bu barədə “Mashable” məlumat verib.

Məlumata görə, 112 metrlik yaxtada, 14 qonaq və 31 ekipaj üzvünü qəbul edə biləcək beş göyərtə mövcuddur. Gəmidə həmçinin mənzərə görüntülü hovuz, istirahət sahəsi, kinoteatr, spa-mərkəzi, trenajor zalı, gözəllik salonu, vertolyot və müşahidə meydançası var.

Bu, tam hidrogenlə təchiz edilmiş, ətraf mühit üçün təhlükəsizliyi təmin edən ilk belə gəmidir.

“Sinot Aqua” əlavə yanacaq doldurmadan saatda 31 km/sürətlə 6500 km məsafəni qət edə bilir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh