Bakı və şəhərətrafı yollarda 6 yeni yerüstü piyada keçidi tikiləcək - VİDEO

Yeniliklər 11 Fevral 2020 22:06 Oxunub 1448
Bakı və şəhərətrafı yollarda 6 yeni yerüstü piyada keçidi tikiləcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda 10 ərazidə keçid tikintisi həyata keçirilir

Bakıda asma körpünü xatırladan daha bir yerüstü piyada keçidi inşa ediləcək. Piyada keçidi Tbilisi prospektində tikiləcək. Avtosfer.az-ın məlumatına görə, üçbucaq formasında inşa ediləcək piyada keçidi 3 hissədən ibarətdir. Metal konstruksiyadan ibarət körpünün üstü açıq olacaq.

Qeyd edək ki, hazırda paytaxtın digər ərazilərində də keçidlər inşa ediir. Məsələn, Ukrayna dairəsində tikilən müasir görünüşlü keçidin artıq dəmir konstruksiyası quraşdırılıb və işin 2-cü rübün əvvəlində tamamlanması planlaşdırılır.

Hazırda 10 ərazidə keçid tikintisi həyata keçirilir və daha 6 ərazi üçün layihələndirmə işləri aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh