Prezident Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun açılışında
Yeniliklər
12 Fevral 2020 14:17
Oxunub 1266
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
ŞƏRH YAZ