“Mercedes” “Volvo” ilə toqquşdu: 8 ukraynalı öldü – FOTO

Rusiyanın Pskovsk əyalətində mikroavtobusun və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident fevralın 13-də gecə saatlarında P-23 federal avtomagistralının 475-ci kilometrliyində, Pustoşinsk rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, Ukrayna dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Sprinter” markalı mikroavtobus yolun əks zolağına çıxaraq “Volvo” markalı yük maşını ilə toqquşub.
Nəticədə 8 Ukrayna vətəndaşı ölüb, daha ikisi – Belorus və Ukrayna vətəndaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.
Namiq Musayev















