Dani Alveşin avtomobili oğurlanıb

Gündəm 13 Fevral 2020 12:45 Oxunub 724
Dani Alveşin avtomobili oğurlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
36 yaşlı oyunçu hadisə ilə bağlı polisə müraciət edib

Braziliya millisinin futbolçusu Dani Alveşin avtomobili oğurlanıb.

Avtosfer.az Apasport.az saytına istinadən məlumatına görə, hadisə San-Paulo şəhərinin Pineyros bölgəsində baş verib.

“San-Paulo”nun müdafiəçisi fevralın 11-də avtomobilini parklama yerində saxladıqdan sonra oranı tərk edib. Az sonra həmin əraziyə daxil olan oğrular mühafizəçiləri təhdid edərək avtomobili qaçırıblar. 36 yaşlı oyunçu hadisə ilə bağlı polisə müraciət edib.

Qeyd edək ki, 2006-cı ildən Braziliya yığmasına çağırılan Dani Alveş “San-Paulo”ya ötən yay azad agent kimi keçib

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh