Daha bir küçədə svetofor obyekti işə salınıb - FOTO

Gündəm 13 Fevral 2020 14:45 Oxunub 1214
Daha bir küçədə svetofor obyekti işə salınıb  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün yeni piyada keçidləri təşkil edilib

Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, həmin  kəsişmədə olan svetofor obyekti işə salınıb. 

Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq. 

Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün yeni piyada keçidləri təşkil edilib.

Gültən Qədirli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh