Avtosfer.az | Reklam
Bakıda sərxoş piyadanı təlimçi qadın yoldan kənarlaşdırdı - VİDEO
Oxucu məktubları 13 Fevral 2020 17:19 1041 dəfə oxunub
Bakıda sərxoş piyadanı təlimçi qadın yoldan kənarlaşdırdı - VİDEO
Arzu xanım Babazadəyə Avtosfer.az saytı adından təşəkkür edirik!

Bakıda sərxoş vəziyyətdə olan piyada, sürücülərə təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, fevralın 7-i paytaxtın Əhməd Rəcəbli küçəsində sərxoş vəziyyətdə yolun hərəkət hissəsinə oturan şəxs sürücülərin hərəkətini məhdudlaşdırıb. Bunu görən sürücü və yaxınlıqda olan piyadalar təəccüblə baxaraq həmin şəxsi hərəkət hissəsindən uzaqlaşdırmağa cəhd etməyiblər. Bu zaman ərazidən keçən tanınmış qadın sürücü təlimçisi Arzu Babazadə, avtomobili dayandıraraq həmin şəxsi hərəkət hissəsindən uzaqlaşdırıb. Görüntülər avtomobildəki videoqeydiyyat qurğusuna qeyd olunub. 

Normadan artıq spirtli içki içən şəxs bəzən hansı hərəkət etdiyini anlamır. Hətta sərxoş şəxslərin küçədə yatmasının da dəfələrlə şahidi olmuşuq. Ona görə də belə hallar baş verən zaman insan həyatını təhlükədən qurtarmaq üçün vətəndaş mövqeyi göstərmək lazımdır. Həm sərxoş piyadanın, həm də sürüclərin təhlükəsizliyini düşünərək öz vətəndaşlıq borcunu yerinə yetirən təlimçi Arzu xanım Babazadəyə Avtosfer.az saytı adından təşəkkür edirik!

 

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh