BNA 7 marşrut xətti üzrə müsabiqənin şərtlərini açıqlayıb

Yeniliklər 14 Fevral 2020 11:30 Oxunub 1219
BNA 7 marşrut xətti üzrə müsabiqənin şərtlərini açıqlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müsabiqədə iştirak etmək istəyənlər 24 fevral 2020-ci il, saat 17:00-a qədər Agentliyə ərizə ilə mürciət etməlidirlər

Bakı Nəqliyyat Agentlliyi 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə elan etdiyi müsabiqənin şərtlərini açıqlayıb.  Qurumdan Avtosfer.az-a verilən məlumata görə, şərtlərlə Agentliyin internet səhifəsinin müsabiqələr bölməsində tanış olmaq mümkündür.  Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər 24 fevral 2020-ci il, saat 17:00-a qədər Agentliyə ərizə ilə mürciət etməlidirlər.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh