Bakıda daha bir marşrut xəttində yeni avtobuslar - FOTO

Bakıda 111 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya "İsuzu Novociti" markalı avtobuslar cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a verilən məlumata görə, agentliyin tələbi əsasında “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "İsuzu Novociti" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub. Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin ixtiyarına gələn həftədən veriləcək.
Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.
Namiq Musayev
Uçan taksilər FƏALİYYƏTƏ BAŞLADI - FOTO
Ödənişli yollarla bağlı yenilik: 130 ilə sürmək olar
Bakıda bu svetoforlar süni intellektlə işləyir - NİİM-dən AÇIQLAMA
Artıq gediş kartlarına bu saytdan pul yükləmək olacaq - FOTO
Ödənişli yollarda sürət həddi ilə bağlı qanun qəbul edildi - RƏQƏMLƏR
Bakıda tramvay keçəcək ərazilərlə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda tramvayların fəaliyyəti tıxac problemini həll edə bilər? - ARAŞDIRMA
Təqaüdə göndərilən 43 yaşlı generala - Yeni vəzifə verildi
Svetoforlarda ağ işıq Azərbaycanda da tətbiq edilə bilər? – Ekspertdən AÇIQLAMA
Prezidentdən hərbi xidmətlə bağlı SƏRƏNCAM
Bakıda yeni marşrut xətti işə düşüb - Gedişhaqqı 55 qəpikdir





















