“Mazda” qırmızıda keçən polis maşınını vurub aşırdı - VİDEO

Avtosfer TV 15 Fevral 2020 19:40 Oxunub 1740
“Mazda” qırmızıda keçən polis maşınını vurub aşırdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsident iki küçənin kəsişməsində qeydə alınıb

Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobilinin polis maşınının vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az RenTV-yə istinadən məlumat verir ki, insident Dimitrov və Sofiysk küçələrinin kəsişməsində qeydə alınıb.

Kadrlarda, “Mazda” markalı avtomobilin hərəkətdə olduğu və bu arda işıqforun qadağanedici siqnalından keçən “UAZ” markalı maşına çırpıldığı görülür. Zərbənin şiddətindən polis maşını yanakı aşır.

Hadisə digər təfərrüatları barədə məlumat verilmir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh