Yol polisləri xarici vətəndaşa benzin aldı, üstəlik pul da verdi - VİDEO

Yol polisi 16 Fevral 2020 15:49 Oxunub 1451
Yol polisləri xarici vətəndaşa benzin aldı, üstəlik pul da verdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BDYPİ YPXA-nın 7-ci tağımın əməkdaşlarından növbəti təqdirəlayiq əməl

Fevral ayının 16-da Gürcüstanda qeydiyyatda olan HH 823-CC DNN-lı Nissan avtomobilini idarə edən  Moldaviya vətəndaşı, Azərbaycandan Gürcüstan istiqamətinə hərəkətdə olarkən Nəvahi postunun ərazisində benzini bitib.Yanacağı bitmiş və üzərində milli pulu olmayan şəxsin köməkliyinə yaxınlıqda xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 7-ci tağımın əməkdaşları polis baş-serjantı  Babayev Anar Nuhbala oğlu və İbrahimov Rüfət Əlisoltan oğlu yetişib. Ölkəmizdə qonaq olan şəxsi dinlədikdən sonra dərhal xidməti avtomobili ilə yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən benzin alaraq sürücüyə çatdırıb. Bununla kifayətlənməyən əməkdaşlar, ölkəmizdə qonaq olan turistin  üzərində milli pulu olmamasını nəzərə alaraq, onu müəyyən qədər Azərbaycan manatı ilə də təmin etdikdən sonra yola salıblar.

Rüstəm Cəfərov

ŞƏRH YAZ
Ad

E-mail

Şərh