Prospektdə tıxaca səbəb olan sürücü- 90 RE 251 - FOTO

Qaydalar 16 Fevral 2020 17:55 Oxunub 2208
Prospektdə tıxaca səbəb olan sürücü-  90 RE 251 - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu prospektdə tıxaca səbəb parklanma qaydasının pozulmasıdır

Avtomobilini yolun hərəkət hissəsində park edən sürücü uzun tıxaca səbəb olub. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, Əsgərov Osman Budaq oğlu idarə etdiyi 90-RE-251 qeydiyyat nişanlı "Daewoo Nexia" markalı avtomobillə fevralın 16-ı Xırdalan şəhəri Heydər Əliyev prospektində ikinci cərgədə və yolun mərkəzinə doğru olan hissədə park edərək tıxac yaradıb. Qaydanı pozan bu sürücüyə görə prospektdə uzun tıxac yaranıb. Sürücü Avtosfer.az-a bildirib ki, maşını orada saxlamasına səbəb avtomobilin yanacağının bitməsi olub: "Səhvim olubsa üzr istəməyə, cərimə ödəməyə hazıram. Ancaq mən məcburən maşını orada saxladım. Yanacaq bitdi, maşın dayandı, mən də təkbaşına itələyib kənara çəkə bilmədim. Mənə görə orada tıxac yaranmayıb".

Qeyd edək ki, taksi sürücüləri həmin prospektdə gün ərzində dayanma-durma və parklanma qaydasını pozaraq tıxac və sıxlıq yaradırlar.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh