Avtosfer.az | Reklam
Sərnişinlər şikayət edir: “Avtobusu necə gəldi idarə edirlər”
Oxucu məktubları 17 Fevral 2020 11:55 497 dəfə oxunub
Sərnişinlər şikayət edir: “Avtobusu necə gəldi idarə edirlər”
Sərnişinlər etirazını bildirəndə isə sürücülər “50 manat cəriməsi var, ödəyəcəyik, bitəcək

Bakıda daha bir avtobus sürücüsü sərnişinlərə qarşı kobud davranıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu dəfə 92 nömrəli müntəzəm xətt üzrə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb. Bu barədə sərnişinlərin redaksiyamıza ünvanladıqları şikayətdə qeyd olunub. Şikayətdə bildirilir ki, sürücü yolboyu mobil telefonla danışaraq nəqliyyat vasitəsini diqqətsiz şəkildə idarə edib: “Avtobusu necə gəldi idarə edirlər. Sərnişinlər etirazını bildirəndə isə sürücülər “50 manat cəriməsi var, ödəyəcəyik, bitəcək. Hara istəyirsiniz şikayət edin” deyə bildirirlər”.

 

Gültən

ŞƏRH YAZ
Ad
E-mail
Şərh