İki “Mercedes” toqquşdu: 2 ölü, 1 yaralı - Şəmkirdə

Qəzalar 17 Fevral 2020 14:22 Oxunub 1297
İki “Mercedes” toqquşdu: 2 ölü, 1 yaralı - Şəmkirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Şəmkir rayonunda 2 nəfərin ölümü, 1 nəfərin də xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 16-da saat 22 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində Çaparlı kənd sakini Elməddin Aslanovun və Beyləqan rayon sakini Ş.Ağalarovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Aslanov və həmkəndlisi olan sərnişini Orxan Qarayev hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh