Nobel prospektində bu dəyişiklik edilərsə sürücülərin yolu qısalacaq: Təklif

Qaydalar 17 Fevral 2020 16:56 Oxunub 4015
Nobel prospektində bu dəyişiklik edilərsə  sürücülərin yolu qısalacaq: Təklif
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərin rahat geriyə dönməsini təmin edə bilər

Paytaxtın Nobel prospektində sürücülərin getdiyi məsafəni qısaltmaq və təhlükəsizliyi təmin etmək üçün hərəkətin təşkilinə dəyişiklik edilməsi xahiş olunur. Həmin ərazidə yaşayan bir neçə sürücü bu barədə redaksiyamıza məlumat ünvanlayıb. Avtosfer.az xəbər verir ki, Nobel prospektinin üzü "Nargilə Kafesi" istiqamətinə olan hissəsində Süleyman Əhmədov küçəsinə dönmək istəyən nəqliyyat vasitələri üçün svetoforun əlavə bölməsi nəzərdə tutulub. Əlavə bölmədə yaşıl işıq yanan zaman digər istiqamətdən gələn nəqliyyat vasitələrinə hərəkət qadağan edilir.

Nobel prospektinin şəhər istiqamətinə olan hissəsində (Süleyman Əhmədov küçəsi ilə kəsişmədə) svetoforun sola əlavə bölməsi olmadığı və sol zolaqda hərəkətin düzünə təşkil edildiyi üçün geriyə dönmək istəyən sürücülərin yolu uzanır. Bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün əlavə bölmənin yaradılması sürücülərin rahat, fasiləsiz geriyə dönməsini təmin edə və konfliktsiz keçid yarada bilər.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh