Azərbaycanda yükdaşımalar yanvarda 3% artıb

Gündəm 17 Fevral 2020 19:28 Oxunub 751
Azərbaycanda yükdaşımalar yanvarda 3% artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2020-ci ilin yanvar ayı ərzində

2020-ci ilin yanvar ayı ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 17,6 mln. ton yük daşınıb və 2019-cu ilin müvafiq dövrünə nisbətən 2,9% artım müşahidə olunub. DSK-dan Avtosfer.az-a verilən məlumata görə, yüklərin 2,8%-i dəniz, 6,6%-i dəmir yolu, 0,1%-i hava, 59,1%-i avtomobil nəqliyyatı, 31,4%-i isə boru kəməri ilə daşınıb. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,9% artıb, daşınan yüklərin ümumi həcmində onların xüsusi çəkisi 78,5% təşkil edib. 2020-ci ilin yanvar ayında nəqliyyatçılar 148,6 mln. nəfərə və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,2% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,4%-i avtomobil nəqliyyatı, 13,2%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh