Gədəbəydə qarlı hava qəzaya səbəb oldu

Qəzalar 17 Fevral 2020 22:20 Oxunub 838
Gədəbəydə qarlı hava qəzaya səbəb oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
U.Vəliyev xəstəxanaya aparılıb

Gədəbəy rayonunda avtomobil qarlı yolda sürüşərək qəzaya uğrayıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Slavyanka kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yolun qarlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində sürücü - Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü Ürfan Vəliyevin bud sümüyü sınıb və digər bədən xəsarətləri alıb. Sürücü və avtomobildə olan sərnişin hadisə yerinə gələn DYP əməkdaşlarının köməyi ilə əzilmiş avtomobildən çıxarılıb. U.Vəliyev xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh