Rusiyada “Hyundai” “Kamaz”la toqquşdu: 5 nəfər öldü - FOTO

Qəzalar 18 Fevral 2020 09:11 Oxunub 1380
Rusiyada “Hyundai” “Kamaz”la toqquşdu: 5 nəfər öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan 2-si kişi 3-ü qadındır

Rusiyanın Volqoqrad əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident fevralın 17-də axşam saatlarında Staraya Poltavka – Pallasovka avtomagistralında qeydə alınıb. Bu barədə DİN-nin Region üzrə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, Pallasovsk rayon sakini idarə etdiyi “Hyundai Accent” markalı minik avtomobillə, yolun əks zolağına çıxıb və qarşıdan gələn yanacaq daşıyan “Kamaz”la toqquşub. Zərbənin təsirindən avtomobil yük maşının altına girib.

Nəticədə “Hyundai”da olan 5 nəfər hadisə yerində vəfat ediblər. Onlardan 2-si kişi 3-ü qadındır.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh