Kolumbiyada avtomobilə yerləşdirilmiş bomba partladıldı: 7 ölü, 11 yaralı

Gündəm 18 Fevral 2020 11:18 Oxunub 764
Kolumbiyada avtomobilə yerləşdirilmiş bomba partladıldı: 7 ölü, 11 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Kolumbiyanın qərbində avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub. Avtosfer.az xəbər verir ki, insident fevralın 17-də axşam saatlarında Kauka departamentinin Rosas bələdiyyəsi ərazisində qeydə alınıb. Bu barədə “Pais” nəşri məlumat verib.

Məlumata görə, naməlum şəxslər Panamerikan şosesində hərbi bölmələrə hücum etmək məqsədi ilə avtomobilə quraşdırılmış bombanı işə salıblar.

Bildirilir ki, partlayş vaxtı yoldan keçən 2 avtomobil də zərər görüb. Hadisə nəticəsində daha 11 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Hazırda şose iki tərəfli nəqliyyatın hərəkəti üçün bağlanılıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Departamentdə radikal qrupların fəaliyyət göstərdiyi qeyd edilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh