Gürcüstandan avtomobil ixracı 2 dəfəyədək artdı

Avtodünya 19 Fevral 2020 12:35 Oxunub 1461
Gürcüstandan avtomobil ixracı 2 dəfəyədək artdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İllik müqayisədə bu növ nəqliyyat vasitələrinin ixracı 97,8% artıb

Yanvar ayında Gürcüstandan ümumi dəyəri 51 767,8 min ABŞ dolları dəyərində olan minik avtomobilləri ixrac edilib. Avtosfer.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ay minik avtomobilləri Gürcüstanın ümumi ixracında 19,7% payla qonşu ölkənin bir nömrəli ixrac məhsulu olub. 

İllik müqayisədə bu növ nəqliyyat vasitələrinin ixracı 97,8% artıb. 

Hesabat dövründə Gürcüstanın minik avtomobilləri idxalında da artım qeydə alınıb. Belə ki, qonşu ölkə 49 968,8 min ABŞ dolları dəyərində avtomobil idxal edib ki, bu da illik müqayisədə 29,5% çoxdur. Minik avtomobilləri Gürcüstanın idxal etdiyi üçüncü əsas mal olub və ümumi idxalda payı 8,1% təşkil edib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh