Avtomobildə mobil telefonları gizlədərək keçirməyə cəhd etdi

Gündəm 19 Fevral 2020 13:45 Oxunub 780
Avtomobildə mobil telefonları gizlədərək keçirməyə cəhd etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21074" markalı minik nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük yoxlaması zamanı vətəndaşın üzərində 3 ədəd "Redmi Note 8 Pro" və 2 ədəd "Redmi Note 8" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh