TIR-ın yük yerindən qaçan anqus yolu bir-birinə qatdı - FOTO

Gündəm 19 Fevral 2020 13:50 Oxunub 861
TIR-ın yük yerindən qaçan anqus yolu bir-birinə qatdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İynə ilə keyidilən heyvan kran vasitəsilə yük maşınına qoyulub

Türkiyənin Hatay vilayətində xaricdən gətirilən anqus, olduğu yük maşınından düşərək qaçıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident İskenderun rayonunda qeydə alınıb.

Məlumata görə, İskenderun limanında gəmidən endirilib TIR-a yüklənən anqus, rayon mərkəzinə yaxın ərazidə yük yerində atlayaraq qaçıb. Rayon mərkəzinə doğru irəliləyən heyvan, nəqliyyatın gur olduğu küçədə qaçmağa başlayıb və sağa-sola ani hərəkətlər edərək ətrafdakı insanlara həyəcanlı anlar yaşadıb. Bir evin bağçasına girən anqus, keyidici iynə vasitəsi ilə sakitləşdirilib. Ayağından iplə bağlanan heyvan kran vasitəsi ilə evin bağçasından götürülərək TIR-ın yük yerinə qoyulub.

Daha sonra isə yük maşını getdiyi ünvana doğru yol alıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh