Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

Gündəm 19 Fevral 2020 13:55 Oxunub 923
Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük dövriyyəsi 4,9%, sərnişin dövriyyəsi isə 1,5% artıb

Bu ilin yanvarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 10,4 mln. ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% çoxdur.

Avtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü ölkədə avtomobil nəqliyyatı ilə 128,4 mln. sərnişin daşınıb ki, bu da 1,5% artım deməkdir.

Məlumata əsasən, sərnişinlərin 96,4% avtobus, 3,6% isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 4,9%, sərnişin dövriyyəsi isə 1,5% artıb.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh