Şəki DYP Qırxbulaq kənd məktəbində - FOTO

Yol polisi 19 Fevral 2020 17:43 Oxunub 2640
Şəki DYP Qırxbulaq kənd məktəbində - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
V-IX sinif şagirdlərinə “Piyadanın vəzifələri” barədə ətraflı məlumat verilib

Şəki Dövlət Yol Polisi, piyadaların intizamının artırılması, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə cari ildə təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti tədbir, 19 fevral 2020-ci il tarixdə, Şəki rayonu, Qırxbulaq kənd ümumi orta məktəbində keçirilib.

Bildirilib ki, məqsəd, uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir. Belə ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev çıxış edərkən qeyd edib ki, aparılmış təhlillər zamanı respublika ərazisində piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində sürücülərlə yanaşı bəzən piyadalarında təqsiri olduğu müəyyən edilib. Belə qənaətə gəlmək olar ki, piyadalar yol hərəkəti qaydalarını lazımi səviyyədə bilmirlər və onlara əməl etmirlər. Ona görə də, təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyac vardır.

2019-cu il ərzində, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xidməti ərazisində baş vermiş 20 yol-nəqliyyat hadisəsindən 5-i (25%) piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri olmuşdur ki, nəticədə 1 piyada həlak olmuş, 4 piyada isə yaralanıb. Həmin hadisələrin 1-i azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi olub. 1 azyaşlı (12 yaşlı uşaq) xəsarət alıb. Cari ildə bügünədək olan dövr ərzində isə xidməti ərazidə 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, həmin hadisələrin hər ikisi piyadanın vurulması ilə nəticələnib. Həmin hadisələrin də 1-i azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi olmuşdur ki, nəticədə 1 azyaşlı (9 yaşlı uşaq) xəsarət alıb.

Lakin, aparılmış profilaktiki tədbirlər öz müsbət nəticəsini vermiş, piyadaların iştirakı ilə baş vermiş 5 yol-nəqliyyat hadisəsinin heç biri piyadanın yol hərəkəti qaydasını pozması səbəbindən baş verməmişdir. Ona görə də, təhsil müəssisələrində bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Tədbirdə, məktəbin V-IX sinif şagirdlərinə “Piyadanın vəzifələri” barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin yekununda, Şəki rayonu, Qırxbulaq kənd ümumi orta məktəbinin direktoru, Araz İsmayılov, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu cür maarifləndirici tədbirin keçirilməsinə görə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh