Avtosfer.az | Reklam
Zolaqları kəsərək dönən sürücü qəza vəziyyəti yaratdı- 90 RV 269 - VİDEO
Avtoreyd 20 Fevral 2020 13:05 256 dəfə oxunub
Zolaqları kəsərək dönən sürücü qəza vəziyyəti yaratdı-  90 RV 269 - VİDEO
Sürücü dönərkən trayektoriyadan kənara çıxa bilməz

Fevralın 19-u paytaxtın Yusif Səfərov küçəsində manevr qaydasını pozan sürücü Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, 90-RV-269 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü Yusif Səfərov küçəsindən sağa- Cavanşir körpüsünə dönərkən öz trayektoriyasından kənara çıxaraq sağ zolaqdakı avtomobilin hərəkətinə mane olub. Sonra da heç nə olmamış kimi yoluna davam etməyə başlayıb. 

Qeyd edək ki, sərt döngələrdə və yolayrıclarında sürücülər bu cür tipik səhvlərə yol verirlər. Yol sağa dönərkən sürücülər sağa, sola dönərkən isə sol tərəfə zolaqları kəsə-kəsə manevr edirlər. Bu cür manevr təhlükəlidir. Sürücü manevr edərkən öz trayektoriyası ilə hərəkət edib dönəcəyi yolun düzgün zolağına daxil olmalıdır. 

 

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh