Tovuzda avtomobil aşdı, xəsarət alan var

Qəzalar 20 Fevral 2020 20:40 Oxunub 892
Tovuzda avtomobil aşdı, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1989-cu il təvəllüdlü Emin Mehrəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"un Qərb Mərkəzinə istinadən məlumatına görə, qəza rayonun Xatınlı kənd ərazisində qeydə alınıb. 

Belə ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində rayonun Qaraxanlı kənd sakini, 1989-cu il təvəllüdlü Emin Mehrəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh