Bakı polisi qadınla azyaşlının döyülməsi xəbərinə münasibət bildirdi

Gündəm 21 Fevral 2020 11:10 Oxunub 729
Bakı polisi qadınla azyaşlının döyülməsi xəbərinə münasibət bildirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Yasamal RPİ 29-cu PŞ-də təhqiqat araşdırmaları davam etdirilir

"Sosial şəbəkələrdə yayılan məlumat üzrə Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsində müvafiq araşdırmalar aparılıb, avtomobil tərəfimizdən aşkarlanıb".

Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, həmin şəxslər müəyyən olunaraq Yasamal Raron Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinə (PŞ) dəvət olunaraq izahatları alınıb: "Tərəflər aralarında yaranan mübahisənin şəxsi məsələ olduğunu vurğulayaraq, şikayətləri olmadığını bildiriblər.

Faktla bağlı Yasamal RPİ 29-cu PŞ-də təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə "Ağ çiçəyim" şadlıq evinin qabağında kişi qadın və onun yanındakı azyaşlını döyüb, daha sonra onları avtomobilə zorla salaraq ərazidən qaçırdığı barədə məlumat yayılıb.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh