Bakıda “KİA” qaçıran şəxs saxlanılıb

Gündəm 21 Fevral 2020 15:45 Oxunub 649
Bakıda “KİA” qaçıran şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakıda avtomobil qaçıran şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Məmmədova fevralın 20-də G.Şıxlinski küçəsindən “KİA” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh