Manaf Ağayev polisə çağırılıb, müğənni üzr istəyib

Gündəm 21 Fevral 2020 19:00 Oxunub 866
Manaf Ağayev polisə çağırılıb, müğənni üzr istəyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
M.Ağayev hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib

Müğənni Manaf Ağayev ATV-də veriliş zamanı işlətdiyi müəyyən ifadələrlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ)  dəvət olunub.

Onunla profilaktik söhbət aparılıb, daha sonra sərbəst buraxılıb. M.Ağayev hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Avtosfer.az xəbər verir ki, məlumatı BŞBPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a təsdiqləyib.

Xatırladaq ki, M.Ağayev ATV-də veriliş zamanı qadınlara qarşı zorakılığa çağırış edən fikirlər səsləndirib.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh