Zaqatala polisi xəstəlikdən əziyyət çəkən uşağa kömək edib - FOTO

Yol polisi 21 Fevral 2020 21:20 Oxunub 6405
Zaqatala polisi xəstəlikdən əziyyət çəkən uşağa kömək edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşları azyaşlıya evində baş çəkib

Bəzi sosial şəbəkə səhifələrində Zaqatala rayon sakini Murad adlı azyaşlının uzun müddətdən bəri ağır xəstəlikdən əziyyət çəkməsi və müalicəsini davam etdirməsi üçün maddi cəhətdən köməyə ehtiyaclarının olması barədə onun anası tərəfindən müraciət paylaşılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a  verilən məlumata görə, xəstəlikdən əziyyət çəkən Murada mənəvi dəstək olmaq, müalicəsi üçün valideynlərinə maddi köməklik göstərilməsi üçün Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları təşəbbüs göstəriblər. Həmin azyaşlının rayonun Göyəm kənd sakini Hacımurad Qaciyev olduğu dəqiqləşdirilib. RPŞ-nin Dövlət Yol Polisi bölməsinin rəisi, polis kapitanı Elgün Əliyev və bölmənin şəxsi heyəti həmin ailəyə yaşadıqları Göyəm kəndindəki evlərində baş çəkiblər. Polis əməkdaşları Hacımuradın səhhəti ilə maraqlanıblar, müəyyən məbləği və müxtəlif ərzaq məhsullarını onlara təqdim ediblər. Övladlarının müalicəsi üçün onlara göstərilən dəstəyə görə, Hacımuradın valideynləri Polis Şöbəsinin rəhbərliyinə və digər əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

Gültən Qədirli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh