Yasamal polisi şagirdlərlə görüşdü

Gündəm 21 Fevral 2020 23:20 Oxunub 1152
Yasamal polisi şagirdlərlə görüşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədbir məktəbliləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb

Fevralın 21-də Yasamal rayon ərazisində yerləşən 150 nömrəli orta məktəbdə polis əməkdaşları ilə şagirdlərin görüşü keçirilib.

Avtosfer.az Axar.az -a istinadən xəbər verir ki, narkotik vasitələrin zərərlərinə həsr olunan tədbirdə Yasamal RPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Orxan Mansurzadə, Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Nəbi Nəcəfov, Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru Anar Süleymanov və idarənin digər əməkdaşları iştirak ediblər.

Şagirdlər qarşısında çıxış edən polis polkovniki Orxan Mansurzadə bildirib ki, sağlam və intellektual gəncliyin formalaşması, savadlı və vətənpərvər gənclərə sahib olmaq dövlətimizin başçısı İlham Əliyev tərəfindən aparılan dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanlarının üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini qeyd edən Orxan Mansurzadə narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman DİN rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib. O qeyd edib ki, müasir dövrdə əsasən sosial şəbəkələr vasitəsilə narkotik maddələrin təbliğ edilməsi, yayılması cəhdləri müşahidə olunur, ona görə də yeniyetmələr bu təhlükəni nəzərə almalı və zərərli informasiyalardan uzaq durmalıdırlar.

Daha sonra çıxış edən bölmə rəisi Anar Süleymanov narkotik maddələrin fəsadları və cinayətkarlıqla əlaqəsi barədə geniş məlumat verib. Bölmə rəisi qeyd edib ki, narkomaniya dünyada xəstəlik növü kimi qəbul olunsa da, o insanı cinayətkara çevirir, bu bəlaya düçar olmuş şəxslər ictimai təhlükəli əməllər törədir, əsasən oğurluq, soyğunçuluq kimi ağır cinayət hadisələrində iştirak edirlər.

Sonda məktəb direktoru Sevda Əliyeva polislərin iştirakı ilə keçirilən bu cür görüşlərin şagirdlərin təlim-tərbiyəsində böyük rol oynadığını, onların narkotiklərin zərərləri barədə geniş məlumat əldə etdiklərini bildirib.

Tədbir məktəbliləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh