21 yaşlı gənc kəndirlə özünü asdı - Abşeronda

Gündəm 23 Fevral 2020 08:30 Oxunub 738
21 yaşlı gənc kəndirlə özünü asdı - Abşeronda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Pirəkəşkül qəsəbəsində qeydə alınıb.

Belə ki, 1999-ci il təvəllüdlü Məmmədov Yaşar Qoşqar oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihara cəhd edib. Lakin, yaxınlarının köməkliyi ilə onu ölümdən xilas etmək mümkün olub.  21 yaşlı gənc hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona boyun fəqərələrinin kəskin əziyi və boğulma diaqnozu qoyulub. Koma vəziyyətində olan gənc reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh