“Qırmızı”dan keçən avtomobil polis maşınını aşırdı: 2 polis yaralandı - VİDEO

Avtosfer TV 23 Fevral 2020 14:00 Oxunub 1389
“Qırmızı”dan keçən avtomobil polis maşınını aşırdı: 2 polis yaralandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağalı araşdırmalara başlanılıb

Türkiyənin Dənizili vilayətində minik avtomobilinin polis maşınını vuraraq aşırma görüntüləri təhlükəsizlik kameralarına düşüb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Merkezefendi rayonunun Altıntop məhəlləsində qeydə alınıb.

Məlumata görə, Saltak küçəsindən gələn İsmayıl D., idarə etdiyi 64 AAB 503 qeydiyyat nömrə nişanlı avtomobillə, svetoforun qırmızı işığından keçərək, Memar Sinan küçəsindən gələn 20 A 7254 dövlət qeydiyyat nömrə nişanlı polis maşınını yandan vurub. Zərbənin şiddətindən polis maşını aşıb.

Nəticədə 2 polis əməkdaşı xəsarət alıb. Yüngül xəsarət alan yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.  

İddiaya görə, qayada pozan sürücünün sərxoş olduğu bildirilib.

Faktla bağalı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh