Doqquz avtomobili yandırıb külə çevirdilər: qrup üzvlərindən 2-si saxlanıldı - VİDEO

Avtosfer TV 23 Fevral 2020 15:45 Oxunub 1554
Doqquz avtomobili yandırıb külə çevirdilər: qrup üzvlərindən 2-si saxlanıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər şübhəlilərin axtarışları isə davam etdirilir

Türkiyənin İstanbul şəhərində 9 avtomobili yandıran qrup üzvlərindən ikisi yaxalanıb. Avtosfer.az xəbər verir ki, insident fevralın 23-də gecə yarısı Fatih qəsəbəsinin Ayvansaray məhəlləsində qeydə alınıb. Bu barədə “DHA” agentliyi məlumat yayıb.

Məlumata görə, üzü maskalı şəxslər Mumhane küçəsində park vəziyyətində olan 9 nəqliyyat vasitəsinin üzərinə yanan maddə tökərək yandırıblar.

Maşınlar qısa müddət ərzində alovlanıb, şübhəlilər isə hadisə yerindən qaçıblar.

Məhəllə sakinlərinin xəbər verməsi ilə hadisə yerinə yanğınsöndürmə və polis əməkdaşları gəlib. Yanğın söndürülüb, polis isə ətrafdakı təhlükəsizlik kameralarını araşdıraraq əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Avtomobillərin yandığı müddətdə baş verən partlayışlar bəzi evlərin şüşələrinin sınmasına səbəb olub. Maşınlara dəyən ziyan isə səhər açılanda ortaya çıxıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 4 nəfərlik qrup üzvlərindən ikisi saxlanılıb.

Onların üzərindən yanacaq iyi gələn yanmış əlcək də aşkarlanıb.

Digər şübhəlilərin axtarışları isə davam etdirilir.

 

Namiq Musayev

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh